Xəbərlər

İlham Əliyev Əli Babacanı qəbul edib
12 may, 2015 22:05

Ertv.Az-ın Azərtac-a istinadən verdiyi xəbərə əsasən, Türkiyənin G-20-yə rəhbərliyə seçildiyini və bu mötəbər təşkilatın bütün tədbirlərinə ev sahibliyi edəcəyini vurğulayan Baş nazirin müavini Əli Babacan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevin həmin tədbirlərdə iştirak etmək üçün dəvətini bir daha diqqətə çatdırdı. 

Əli Babacan qardaş Azərbaycanın G-20-nin toplantılarında Türkiyə ilə bərabər olmasının xüsusi önəm daşıdığını dedi. Birinci Avropa Oyunlarına Bakının ev sahibliyi etməsinin əhəmiyyətinə toxunan Əli Babacan yarışların yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə etdi.

Türkiyənin G-20-yə rəhbərlik etməsini qardaş ölkənin böyük qələbəsi kimi dəyərləndirən dövlətimizin başçısı Azərbaycanın buna çox sevindiyini dedi. 

Prezident İlham Əliyev bunu həm də dünyanın aparıcı dövlətləri tərəfindən Türkiyənin roluna göstərilən yüksək münasibətin ifadəsi kimi qiymətləndirdi. 

Azərbaycanı G-20-yə dəvət etdiyinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir daha minnətdarlığını ifadə edən Prezident İlham Əliyev bunun dostluğumuzun və qardaşlığımızın bariz nümunəsi, Türkiyə-Azərbaycan birliyini dünyaya nümayiş etdirən başlıca amil olduğunu dedi. 

Dövlətimizin başçısı ölkəmizin bu mötəbər görüşə hazırlaşdığını və bununla bağlı bu gün Bakıda xüsusi toplantının keçirilməsinin önəmini də vurğuladı. Prezident İlham Əliyev bu yaxınlarda Çanaqqala zəfərinin 100 illiyi münasibətilə keçirilən tədbirlərin yüksək səviyyədə təşkil olunmasının və mərasimlərdə dünyanın bir çox ölkələrinin dövlət və hökumət başçılarının iştirak etməsinin əhəmiyyətini məmnunluqla qeyd etdi.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi və bu əlaqələrin bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olundu.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.