Ertv.Az xəbər verir ki, Birinci Avropa Oyunlarının Avropanın hüdudlarından kənarda yayımını təmin etmək üçün növbəti televiziya müqaviləsi imzalanıb.
Bu müqavilə, Kubanın “Instituto Cubano de Radio y Television” televiziya kanalı (ICRT) ilə bağlanıb.
Kanal, Kubada 3.8 milyon evi ödənişsiz yayım ilə təmin edir və eyni zamanda, gələn il Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarının Kubada rəsmi yayımçısıdır.
Kubadan öncə Avropa Oyunlarının yayımını həyata keçirmək üçün Birləşmiş Ştatlar və Kanada, ərəb ölkələri, Hindistan, Çin, Honq Konq və Avstraliya ilə də müqavilə imzalanıb.
Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək “Bakı 2015” Birinci Avropa Oyunları ümumilikdə, 20 idman növü üzrə keçiriləcək. Bunlardan 16-sı Olimpiya, 4-ü qeyri-olimpiya idman növündə olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən təxminən 6000 idmançı iştirak edəcəyi gözlənilir.