Xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva YARAT Müasir İncəsənət Mərkəzinin Venesiyadakı sərgisində iştirak edib
11 may, 2015 21:29

Sərgi ilə tanış olan Leyla Əliyevaya ekspozisiyadakı eksponatlar və layihənin ideyası  barədə məlumat verilib.

Bildirilib ki, “Odla suyun birliyi” layihəsinin ideyasını iki rəssamın – Almagül Menlibayeva və Rəşad Ələkbərovun nəzər-nöqtəsindəki  Bakı ilə Venesiyanın tarixi və mədəni cəhətdən əlaqələndirilməsi təşkil edir. 

Sərgidə Rəşad Ələkbərovun əsərləri və Almagül Menlibayevanın video-instalyasiyaları izləyicilərin böyük marağına səbəb olub. 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Venesiya Biennalesində Azərbaycanın fəal və uğurla iştirakının əhəmiyyətli hal olduğunu qeyd edib. Onun sözlərinə görə, bu iştirak Azərbaycanın müasir incəsənət sahəsindəki rəssamlarını dünyaya tanıtmaq, müxtəlif ölkələrdən olan rəssamlar arasında əlaqələrin genişləndilməsi baxımından vacibdir. 

“Odla suyun birliyi” layihəsi Bakı və Venesiya şəhərlərinin görüntülərini ekrana gətirən video-çarxla birlikdə heykəl və instalyasiyanın nümayiş etdirilməsi vasitəsilə iki şəhər arasında qarşılıqlı əlaqəni araşdırır. Sərginin nümayişi üçün Venesiyanın Palazzo Barbaronun seçilməsi də təsadüf olmayıb.  Belə ki,  bu tarixi bina vaxtilə şəxsi mülk olub. Binanın sahibi Venesiyalı tacir və diplomat İosafat Barbaro idi. Qeyd edək ki, İosafat Barbaro, 15-ci əsrdə öz səyahət təəssüratlarını paylaşaraq, Azərbaycanın şəhərləri barədə yazmış, Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayını təsvir etmişdi. 

Ənənə, tarix, mədəniyyət və memarlıq mövzularını əhatə edən “Odla suyun birliyi” layihəsi mesenat Murtuza Muxtarovun sarayından – 1912-ci ildə Venesiya qotikası üslubunda Bakıda inşa edilmiş möhtəşəm memarlıq abidəsindən-“Səadət Sarayı” kimi tanınan binadan ilham alır. Bu binanı Murtuza Muxtarov çox sevdiyi həyat yoldaşı Liza Tuqanova üçün tikdirmişdi. Almagül Menlibayeva ilə Rəşad Ələkbərovun  təqdim etdikləri layihə çərçivəsində Muxtarovun sarayı misalında birlik və münaqişə, eşq və zorakılıq, dialoq və təcavüz kimi geniş mövzular araşdırılır. 

Rəşad Ələkbərov Venesiya ilə Bakının tarixini birləşdirərək, Şərqin ucalan səsini təqdim edir. Almagül Menlibayevanın video instalyasiya bir-birinin ardı olan otaqlarda çoxsaylı kanallardan nümayiş etdirilir. Film, Muxtarovla onun həyat yoldaşı Lizanın hekayətini təqdim edərək, ziyarətçilərə Bakının hekayəsini danışır və daha geniş mənada irsiyyət, müasirlik, münaqişə və yaxınlıq kimi anlayışları araşdırır.

YARAT qeyri-kommersiya təşkilatının sifarişi ilə hazırlanmış və Suad Qarayevanın kuratorluğu ilə təşkil olunmuş bu ekspozisiya 56-cı Beynəlxalq Venesiya Biennalesi İncəsənət Sərgisində 9 may – 22 noyabr 2015-ci il tarixlərində ziyarətçilər üçün açıq olacaq. 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.