Ermənistanda qeyri-döyüş şəraitində həlak olan hərbçilərin sayı artmaqdadır
12 may, 2015 19:42
Ertv.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində ölən 20 yaşlı Harutyun Qambaryanın özünə qəsd etdiyi bildirilib.
Hazırda ölüm faktı ilə bağlı araşdırmalar başlanılıb.
Bu il ərzində Ermənistanda qeyri-döyüş şəraitində 9 hərbçi həlak olub. Hüquq müdafiəçisi Janna Aleksanyan özünə qəsd versiyasının inandırıcı olmadığını vurğulayıb.
“Onlar versiya fikirləşir, iş məhkəməyə kimi gedəndə isə prokuror məhkəməyə təzyiq göstərməyə başlayır. Ancaq belə işlərin sübuta yetirlmədiyinə və araşdırmanın sonadək aparılmamasına dair çoxlu misallar göstərmək olar”.