KİV: ABŞ bin Ladenini necə öldürülməsi ilə bağlı bütün dünyanı aldadıb
12 may, 2015 19:39
Ertv.Az “Rossiyskaya qazeta”ya istinadən xəbər verir ki, bu ittiham amerikalı jurnalist Seymur Herşin “London Review Books” nəşrində dərc olunmuş hesabatında əks olunub.
S.Herş yazıb ki, onun istefada olan yüksək rütbəli kəşfiyyat əməkdaşından əldə etdiyi məlumata görə, Pakistan xüsusi xidməti bin Ladeni hələ 2006-ci ilə ələ keçirmişdi.
Məlum olub ki, o, ələ keçdiyi vaxtdan və 2011-ci ildə ABŞ-ın “misilsiz xüsusi əməliyyatı” nəticəsində məhv edilənə qədər Abbotabad şəhərində xüsusi nəzarətdə saxlanılıb.
S.Herşin yazdığına əsasən, Pakistan tərəfi Ü.bin Ladeni ABŞ-a verməklə əvəzində özü üçün müəyyən fayda qazanmaq niyyətində olub.
O, əlavə edib ki, ABŞ kəşfiyyatı 2010-cu ildə Pakistan güc strukturunun əməkdaşına 25 milyon dollar ödəməklə, 1 nömrəli terrorçunun yerini öyrənə bilib:
“Yalnız bundan sonra ağıllı tərpənərək Obamanın ikinci müddətə prezident seçilməsi ərəfəsində” terrorçunun məhv edilməsi əməliyyatını hazırlamağa başladılar”.
Bundan başqa, S.Herş bildirir ki, bin Ladenin məhv edilməsinin təfərrüatları Hollivud filmlərinin ssenarisinə bənzədilib.
Çünki yeri öyrənilən bin Laden artıq əlil olduğundan müqavimət göstərə bilmirdi və əməliyyatçıların onu ələ keçirmələri çətin olmayacaqdı.
Qeyd edək ki, S.Herşin araşdırmaçı jurnalist kimi məşhurluq qazanıb.