Ermənistanda fəhlələr oturaq aksiyaya başlayırlar
11 may, 2015 19:38
Mayın 14-dən hökumət binası önündə oturaq aksiyaya başlayacaq “Nairit” zavodunun əməkdaşlarının əsas tələbi də bir ilə yaxındır əmək haqqı ala bilməmələri ilə bağlıdır.
Zavodun sabiq mətbuat katibi Anuş Harutyunyan aksiya üç gün davam edəcək, növbəti addımlar isə hökumətin reaksiyasından asılı olaraq atılacaq.
Etirazçılar hökumət qarşısında əvvəlki aylardan yığılıb qalmış əmək haqlarnın tam ödənməsindən başqa daha 9 tələb irəli sürüblər.
Zavod əməkdaşları qovulmuş işçilərin və onların ailə üzvlərinin bank kreditlərinin dondurulması, uşaqların təhsil haqqının, kommunal xərclərinin ləğvini, əməliyyat xərclərinin ödənilməsi kimi tələblərlə çıxış edirlər.