Yeni metro qatarlarının qiyməti məlum olub
12 may, 2015 19:31
Qatarların alınması üçün imzalanan müqavilənin dəyəri isə 18-19 milyon avro təşkil edir.
Bu barədə jurnalistlərə Fransanın “Alstom” şirkətinin MDB ölkələri üzrə vitse-prezidenti Martin Vojur bildirib.
O qeyd edib ki, bu, çox təcili sifariş idi: “Hazırda qatarların sınaqları aparılır”.
Qeyd edək ki, bənövşəyi rəngli yeni qatarlar yaxın günlərdə “Həzi Aslanov-İçərişəhər” xəttində istifadəyə veriləcək. Bu qatarlar vaqonlararası keçidə malikdir. Vaqonlararası keçid sayəsində qatarın sərnişin tutumu 1047 nəfərədək artırılıb. Qatarda 202 erqonomik oturacaq nəzərdə tutulub. Yeni qatar seksiyalarının baş vaqonu məhdud imkanlı şəxslərin təhlükəsiz gedişini təmin edən qurğu ilə təchiz edilib.