Xəbərlər

İspaniyanın “Flamеnco” qrupu Heydər Əliyev Mərkəzində çıxış edəcək
06 may, 2015 11:14

Ertv.Az xəbər verir ki, fransız yazıçı Prosper Merimenin və bəstəkar Corc Bizenin “Karmen” operası əsasında səhnələşdirilmiş şou Antonio Andrade və onun qrupu tərəfindən müasir flamenko ruhunda hazırlanıb.

İki saata yaxın davam edəcək “Flamenko” gecəsində izləyicilərə möhtəşəm vokal ifa və rəqs performansları təqdim olunacaq.

Şouda Karmen obrazını Malaqa şəhərindən olan rəqqasə və xoreoqraf  Ursula Moreno yaradır. Unikal ifa texnikası, təkrarolunmaz plastikası və unikal aktyorluq qabiliyyətinə görə onu “müasir flamenkonun ümidi” adlandırırlar.  

Malaqada Musiqi və Rəqs Kral Akademiyasını bitirmiş, bir sıra flamenko ustadlarından dərs alımış rəqqasə karyerası ərzində bir sıra uğurlara imza atıb. O, 2010-cü ildə Ronda Milli Flamenko Müsabiqəsində ikinci yerə, 2011-ci ildə isə həmin yarışmada “Ən yaxşı Kanya rəqqasəsi” mükafatına layiq görülüb. Malaqada Flamenko Mədəniyyət Mərkəzinin təsisçisi və rəhbəri olan Ursula Moreno hazırda pedaqoqluq fəaliyyəti göstərir, eyni zamanda Antonio Andradenin truppasında solo karyerasını davam etdirir.

Qrupun rəhbəri Antonio Andrade Sevilya yaxınlığında yerləşən və flamenko ənənələri güclü olan Pueble-de-Kasalya kəndində anadan olub.  O, bu qədim incəsənət növünün təsirində böyüyüb və kiçik yaşlarından gitara çalmağa başlayıb. Karyerası boyu tanınmış flamenko ustaları ilə birgə çalışan Antonio Andrade Avropa ölkələri, ABŞ, Yaponiyada verdiyi konsertlərlə tamaşaçıların rəğbətini qazanıb.

Müasir “Karmen” şousunun debütü 1998-ci ildə Berlində “Alman Opera Evi”ndə olub. Səhnə performansının Bakıdan sonra Danimarka və İsveçrədə təqdimatları nəzərdə tutulur.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.