İraq: neftayırma zavodunu qoruyan 200 hərbçi ilə əlaqə kəsilib
06 may, 2015 11:08
Ertv.Az xəbər verir ki, İraq təhlükəsizlik xidmətinin nümayəndəsi komandanlıqla strateji obyekti müdafiə edən və İŞİD yaraqlıları tərəfindən mühasirəyə alınan hərbçilər arasında əlaqənin artıq 10 gündür kəsildiyini bildirib.
Bayci şəhərində yerləşən böyük neftayırma zavodu uğrunda döyüşlər hələ keçən ilin yay aylarında İraqın Səlah-əd-Din əyalətinin çox hissəsinin İŞİD qruplaşması tərəfindən ələ keçirilməsindən sonra başlamışdı. Son zamanlar Bayci ətrafında döyüşlər daha da qızışıb və müəssisəni müdafiə edən hərbçilər mühasirəyə düşüb.
Təhlükəsizlik xidmətindən verilən məlumata görə, hazırda İŞİD strateji məntəqənin 90 faizinə nəzarət edir.