Xəbərlər

Ekspert: “Birinci Avropa Oyunları Azərbaycana geosiyasi dividendlərdən əlavə, mədəni və iqtisadi baxımdan da öz müsbət faydasını verəcək”
06 may, 2015 11:05

Avropa Oyunlarının məhz ilk dəfə  keçirilməsi isə paytaxtımız Bakıya olacaq diqqəti bir az da artıracaq.

Ertv.Az xəbər verir ki, bunu turizm üzrə ekspertAzər Bayramov Azərbaycanın turizm baxımından Birinci Avropa Oyunlarında əldə edəcəyi dividendlər barədə danışarkən deyib.

O qeyd edib ki, “Eurovision 2012” musiqi müsabiqəsinin ardınca bu böyük idman yarışmasına ev sahibliyinin Bakıya həvalə olunması, ölkəmizdə stabil və sakit həyatın davam etdiyinin göstəricisidir.

“Bilirik ki, münaqişə zonaları və ya siyasi problemlər yaşanan bölgələrdə turizmin inkişafı mümkünsüzdür. Dolaysıyla ölkəmizin dünyada artıq təhlükəsizlik baxımından etibarlılıq, güvən qazanmasını tam əminliklə söyləyə bilərik.

 Birinci Avropa Oyunları Azərbaycanın ölkə xaricində tanınmağından əlavə, ölkə daxilinə səfər edəcək qonaqlarımıza tarixi və mədəni irsimizin tanıdılması cəhətindən də çox böyük dividendlər qazandıracaqdır. Xalqın qonaqpərvərlik, dövlətimizin isə multikulturalizm siyasətinin vəhdəti, bizi dünyaya tolerantlıq məskəni kimi bir daha tanıdacaq”. 

Ekspert vurğulayıb ki, bu oyunların Bakıda keçirilməsi turizmdən əldə olunacaq gəlirlər vasitəsiylə ölkə iqtisadiyyatının canlanmasına təkan olacaq.

“Otel və idman məkanlarının həm tikintisində, həm də fəaliyyətində minlərlə insanımız çalışıb və çalışacaq. İdmançılara xərcləniləcək büdcə də məhz ölkə daxilində dövr edəcək.

Yay ayları həm də çimərlik mövsümü olduğu üçün ümumilikdə 30 mindən çox turistin Azərbaycana gələcəyini düşünürəm. Hər turistin orta hesabla 1500-2000 manat vəsait xərcləyəcəyi halda, respublikanın turizmdən azı 30 milyon manatdan çox gəlir əldə edəcəyi gözlənilir.

Bütün bu məqamları ümumiləşdirərək deyə bilərəm ki,  Birinci Avropa Oyunları Azərbaycana  geosiyasi və strateji  dividendlərdən əlavə, həmçinin mədəni və iqtisadi baxımdan da öz müsbət faydasını verəcək”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.