Ertv.Az-ın Azərtac-a istinadən verdiyi xəbərə əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva otelin açılışında iştirak ediblər.
Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyevə otel barədə ətraflı məlumat verildi. Bildirildi ki, beşulduzlu bu otel “Absheron Hotel Group”a aiddir. Yeni otel vaxtilə Bakıdakı “İnturist” mehmanxanasının arxitektura üslubunda inşa edilib. Bu mehmanxana nəinki Azərbaycanda, eləcə də keçmiş SSRİ-də çox məşhur idi. Yeni otel köhnə “İnturist” barədə xatirələri yaşatmaqla bərabər, nadir memarlıq quruluşu ilə diqqəti cəlb edir. Qeyd edildi ki, beşmərtəbəli binada 150 standart və suit nömrə, həmçinin SPA salonu, kitabxana, iclas zalı və restoran var.
Dövlətimizin başçısı oteldə yaradılmış şəraitlə tanış oldu.
Sonra Prezident İlham Əliyev otelin kollektivi ilə görüşdü.