Ertv.Az “Posta” qəzetinə istinadən xəbər verir ki, Nyu-Yorkda yaşayan 25 yaşlı Aşer Konniff bəxtinin və səhvinin sayəsində qatıldığı qumar oyununun qalibi olaraq 1 milyon dollara sahib çıxdı.
Ötən ay poker turnirində qalib gələrək 200 min dollar qazanan A.Konniff bundan bir neçə gün sonra internet vasitəsilə daha bir poker turnirinə qatılıb.
Lakin bu zaman səhv giriş edərək, kazinoları ilə məşhur “Atlantic City”dəki canlı poker turnirinə qoşulub.
Yanlışlıq üzündən daxil olduğu oyuna görə ailəvi istirahət tətilini ləğv edən gənc 239 oyunçunun qatılığı poker turnirində daha 5 rəqibi ilə birlikdə finala qədər irəliləyib.
6 saatliq final oyununda aralarında poker çempionunun da olduğu 5 rəqibini məğlub edən A.Konniff 1 milyon dollar qazanıb.
Qazandığı pullarla poza verən A.Konniff, “Həyatımın ən çılğın həftəsiydi. Bunu heç xəyalıma da gətirməzdim”, - deyib.
