Xəbərlər

Avropa Oyunlarında Azərbaycana nə qədər əcnəbi jurnalist gələcək? – Açıqlama
04 may, 2015 20:27

 Bu barədə “Bakı-2015” İlk Avropa Oyunları Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsinin müdiri Ceyn Pirs AZƏRTAC-a müsahibəsində məlumat verib.

O bildirib ki, “Bakı-2015” ilk Avropa Oyunlarının işıqlandırılması üçün 1500-ə yaxın media nümayəndəsinin qeydiyyatdan keçməsi dünya mətbuatının bu idman yarışına böyük maraq göstərdiyini sübut edir.

Ceyn Pirsin sözlərinə görə, qeydiyyat zamanı yerli və xarici media nümayəndələrinin yüksək fəallığı müşahidə edilib:

“Bu mötəbər idman yarışını işıqlandırmaq üçün 630-dan çox yerli və 800 beynəlxalq media nümayəndəsi qeydiyyatdan keçib. Əcnəbilər arasında Rusiya, Türkiyə, Böyük Britaniya, Fransa, Almaniya və digər ölkələrdən çoxlu sayda müraciətlər qəbul etmişik. “Bakı-2015”in işıqlandırılması üçün ümumilikdə 50 ölkənin media nümayəndəsi qeydiyyatda keçib”.

“Bakı-2015”in açılış və bağlanış mərasimində nə qədər jurnalistin iştirakının nəzərdə tutulduğun haqqında danışan C.Pirs deyib ki, həmin mərasimlərin işıqlandırılması üçün 500 müxbirin və 250 fotomüxbirin iştirakı nəzərdə tutulub:

“Mötəbər yarışı işıqlandıracaq media nümayəndələri bunun üçün bilet almalıdırlar. Hazırda mərasimləri işıqlandıracaq xarici və yerli media nümayəndələrinin iştirakı ilə bağlı müzakirələr aparılır. Əminik ki, mərasimlərdə media nümayəndələrinin iştirakı ilə bağlı seçim ədalətli olacaq”.

C.Pirs yerli və xarici jurnalistlər üçün veriləcək imtiyazlar haqqında da danışıb və qeyd edib ki, akkreditasiya kartına sahib media nümayəndələri üçün ən böyük imtiyaz onların idman obyektlərinə sərbəst daxil olmalarıdır:

“Arenalarda müxbirlər və fotomüxbirlər üçün beynəlxalq tələblərə cavab verən media mərkəzləri hazırlanacaq ki, onlar da burada rahat işləyə, bir-biriləri ilə ünsiyyət qura və böyük idman tədbirinin bir hissəsinə çevrilə bilərlər. Media mərkəzləri yarışların işıqlandırılması üçün bütün vacib avadanlıq, o cümlədən yüksək sürətli internet ilə təchiz olunacaq”.

O sonda sözlərinə əlavə edib ki, media nümayəndələri akkreditasiya kartlarına mayın 29-dan başlayaraq sahib ola biləcəklər:

“Yerli media nümayəndələri kartları yaxın günlərdə açılışı nəzərdə tutulan Akkreditasiya Mərkəzindən əldə edə biləcəklər. Akkreditasiyadan keçən beynəlxalq media nümayəndələrinə isə xüsusi bildiriş göndərilir ki, onlar Azərbaycana gəlib viza ala və fəaliyyət göstərə bilsinlər. Xarici media nümayəndələri akkreditasiya kartını hava limanında quraşdırılmış xüsusi məntəqədən ala biləcəklər”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.