Psixi xəstə olan əri ilə barışdı və başından güllələndi
04 may, 2015 20:20
32 yaşlı ər 9 illik həyat yoldaşının başına atəş açaraq onu qətlə yetirib.
Qadın həmin vaxt yuxuda olub. Qatil ər daha sonra az yaşlı oğluna atəş açsada güllə uşaqdan yan keçib. Onlarla eyni evdə yaşayan oglanın atası uşağı qonşuya apararaq gizlədib. Qatil ər küçəyə çıxaraq ətrafa güllə yağdırmağa başlayıb. O oz başına da güllə vurub. Lakin ölməyib. Onun əvvəllər də ailəsini ölümlə təhdid etdiyini deyən qohumlar, ölən qadının küsüb getdiyi atası evindən yeni döndüyünü deyirlər. Qadın azyaşlı uşağı ilə birlikdə 1 ay atası evində qalıb. Oğlunu atasız böyütmək istəməyən ana əri ilə barışmaq qərarını verir.