Xəbərlər

Səfir alman jurnalistlərə Avropa Oyunlarına hazırlıqdan danışıb
01 may, 2015 20:44

Ertv.Az-a ölkəmizin Almaniyadakı səfirliyindən verilən bildiriblər ki, tədbirdə “Bakı 2015” Birinci Avropa Oyunları haqqında film nümayiş etdirilib, Avropa Oyunlarına hazırlıq, Azərbaycanda ən müasir idman infrastrukturunun yaradılmasına dair məlumat verilib.

Həmçinin, Azərbaycanın iri miqyaslı beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, bu tip beynəlxalq tədbirlərin ölkəmizin inkişafının göstəricisi olması və onun beynəlxalq aləmdə tanınmasına verdiyi töhfələr barədə fikir mübadiləsi aparılıb, jurnalistlərin sualları cavablandırılıb.   

Səfir Pərviz Şahbazov Azərbaycan-Almaniya münasibətlərinin tarixi və hazırki vəziyyəti, iki ölkə arasında həyata keçirilən siyasi, iqtisadi, sosial və mədəni əməkdaşlıq və son zamanlar hər iki ölkə rəsmiləri tərəfindən həyata keçirilən qarşılıqlı yüksək səviyyəli səfərlər barədə tədbir iştirakçılarına məlumat verib. 

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin əvvəlində Almaniyaya həyata keçirdiyi iki işgüzar səfərin münasibətlərin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. 

Dağlıq Qarabağ münaqişəsi haqqında danışan səfir, Avropa mətbuatında bəzən Azərbaycanın guya sürətlə silahlanaraq sülh prosesinə təhlükə yaratdığının iddia edilməsini böyük yanlışlıq adlandırıb. P. Şahbazov qeyd edib ki, əslində Bonn Beynəlxalq Konversiya Mərkəzinin 2014-cü ildə hərbiləşmə hesabatında Ermənistan 152 dünya ölkəsi arasında 3-cü, Avropada 1-ci yerdədir. Azərbaycan həm işğaldan əziyyət çəkən tərəf olmasına, həm də Ermənistandan bütün aspektlərdə üstün tərəf olmasına baxmayaraq, 20 ildən artıqdır ki, nəticəsiz sülh danışıqlarına sadiqdir. Sülh prosesi üçün təhlükəni Azərbaycanın işğal altında olan ərazilərini çoxsaylı beynəlxalq tələblərə baxmayaraq azad etməkdən boyun qaçıran Ermənistan yaradır.

Azərbaycanın iqtisadi inkişafının həm də onun siyasi və sosial inkişafının əsasında dayandığını vurğulayan P. Şahbazov, ölkəmizin son illərdə əldə etdiyi yüksək iqtisadi-sosial göstəriciləri, hökumətin uğurla reallaşdırdığı sosial və infrastruktur layihələri, idarəetmə sahəsində apardığı islahatları, qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün atılmış addımları, vətəndaşlara göstərilən sosial xidmətlərin müasirləşdirilməsi və şəffaflaşdırılması, ASAN xidmət mərkəzlərinin yaradılmasını alman jurnalistlərin diqqətinə çatdırıb. 

Berlin Alman Jurnalistlər Birliyinin sədr müavini Klemens Qlade Azərbaycan səfirliyinə Almaniya mətbuat nümayəndələrinin qəbul edilməsi üçün təşəkkür edib. Jurnalist bu görüşü Azərbaycana dair mətbuat təmsilçilərini maraqlandıran məsələlərə aydınlıq gətirilməsi üçün yaxşı imkan adlandırıb. 

Alman Jurnalistlər Birliyi (Deutscher Journalisten-Verband Berlin) Almaniyanın paytaxtı Berlin şəhərində yaşayan və işləyən mətbuat nümayəndələrini özündə birləşdirən ən böyük jurnalist birliyidir. Təşkilatın 4000-dən artıq üzvü var.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.