Ertv.Az Axşam.Az-a istinadən insanı kökəltməyən və arıqlamağa kömək edən qidaları təqdim edir:
Qreyfurt – gündə 150 qram qreyfurt yemək, 2 həftə ərzində 2 kiloqram çəki itirmək deməkdir.
Ədviyyatlar – xüsusilə, bibər, xardal kimi ədviyyatlarda “kapsaisin” adlı maddə olduğundan arıqlamağa kömək edir.
Xardal toxumu – həzmi asanlaşdırır və qəbizliyin qarşısını alır.
Yaşıl çay – asiyalı dietoloqlar gündə 4 stəkan yaşıl çay içməyin arıqlamağı sürətləndirdiyini irəli sürürlər. Az yağlı süd və süd məhsulları – bu məhsullar yağları əridən hormonların yaranmasına səbəb olur.
Darçın – gündə bir çay qaşığı darçın qanda şəkərin miqdarını azaldır və karbohidrotların yağa çevrilməsinin qarşısını alır.
Su- kifayət qədər su içilməzsə, çəki atmaq mümkün deyil.
Protein – proteinli qidaların həzmi üçün daha çox enerji sərf edilir ki, bunun da sayəsində artıq çəkilərdən xilas olmaq asanlaşır.