Xəbərlər

Baş nazirin xanımı Azərbaycan mətbəxinə dair xüsusi buraxılış hazırlayacaq
01 may, 2015 20:06

Ertv.Az-a ölkəmizin Macarıstandakı səfirliyindən verilən məlumata görə, ilk dəfəhəyata keçirilən səfər tanışlıq xarakteri daşıyır. 

Xanım Levainin redaktorluğu altında artıq bir neçə ildir ki, Budapeştdə "Macar mətbəxi" ("Magyar konyha") adlı populyar jurnal nəşr edilir. Hər sayı maraqla qarşılanan bu nəşr oxucularını təkcə macar deyil, həm də ayrı-ayrı dünya ölkələrinin  kulinariya mədəniyyəti ilə də yaxından tanış edir. Bu baxımdan ölkəmizə səfərin məqsədlərindən biri də jurnalın son illərdə özünəməxsusluğu, çoxçeşidliliyi  və zənginliyi ilə tanınan Azərbaycan mətbəxinə dair xüsusi sayının hazırlanması ilə bağlıdır. 

Azərbaycanda olduğu günlərdə xanım Aniko Levainin Naxçıvana, Gəncə və Qəbələyə səfərləri, habelə Heydər Əliyev Fondunu ziyarəti planlaşdırılır. 

Səfir Vilayət Quliyevlə görüş zamanı xanım Levai son illər Azərbaycanla Macarıstan arasında geniş vüsət alan əlaqələrin, habelə Azərbaycan mədəniyyətinə, mətbəxinə, ölkəmizin turistik imkanlarına böyük marağın səbirsizliklə gözlədiyi bu səfərin baş tutmasına zəmin yaratdığını xüsusi vurğulayıb. 

Baş nazirin xanımı Azərbaycanın Macarıstandakı səfirliyinin və "Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin” birgə səyi ilə macar dilində çap olunan üç cildlik "Azərbaycan nağılları" kitabını da yüksək qiymətləndirib və onu gənc həmvətənlərinin ehtiyac duyduğu "mənəvi qida " kimi dəyərləndirib. 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.