Hərbi hissədə 4 əsgər qadın hərbçini zorlayıb
01 may, 2015 20:01
Ertv.Az “Vatan” qəzetinə istinadən xəbər verir ki, İsraildəki hərbi aviabazada qulluq edən 4 əsgər qadın hərbçini zorlayıb.
Qadınların məcburi hərbi xidmətə çağırıldığı İsraildə zərif cinsdən olan əsgərlərin zorlanmasına dair faktların artığı bildirilir.
İsrailin “Haaretz” qəzetinin internet versiyasında yayılan məlumata görə, “Hatzerim” aviabazasında xidmət keçən qadın hərbçiyə 4 əsgər növbə ilə təcavüz edib.
Zorlanmış qadın komandirlərinin və ailəsinin dəstəyi ilə ona təcavüz edənləri məhkəməyə verib.
Qadını zorlayan əsgərlərin vəkilləri isə iddia ediblər ki, şikayətçi ittiham etdiyi əsgərlərdən ən azı biri ilə könüllü cinsi əlaqədə olub.
Həmin xəbərdə qeyd olunur ki, 2014-cü ildə İsrail hərbə məhkəməsində zorlanma faktı ilə bağlı 124 işə baxılıb.