Şahmar Mövsümov: “Devalvasiya Neft Fonduna 3 milyard dollar qənaət etməyə imkan verib”
01 may, 2015 19:58
Devalvasiyadan sonra Neft Fondunun büdcə icrasında pozitiv dəyişikliklər oldu.
Ertv.Az xəbər verir ki, bu barədə Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovbildirib.
O qeyd edib ki, əgər büdcəyə 10 milyard manat transfert üçün 13 milyard dollar konvertasiya etməli idiksə, devalvasiyadan sonra 10 milyard manat üçün 10 milyard dollar konvertasiya etməli oluruq.
“Bu da o deməkdir ki, devalvasiya Fonda 3 milyard dollar qənaət etməyə imkan verib. Artıq Neft Fondundan büdcəyə nəzərdə tutulan transferti tam icra etməyə imkanımız var”.