Xəbərlər

Səfir: " Niderland Azərbaycanda qeyri- neft sektorunda ən böyük sərmayəçilərdən biridir"
30 aprel, 2015 22:46

Bu  barədə Niderlandın Azərbaycandakı səfiri Robert Qabriels ölkəsinin milli bayramı-Kral Günü  münasibətilə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, hər iki ölkə müxtəlif sahələrdə əməkdaşlığı daha da gücləndirmək niyyətindədir:
 
"Bu təkcə iqtisadi sahəyə deyil, həmçinin mədəni, təhsil, idman və elm sahəsinə də aiddir. Ötən il və bu il ali səviyyəli görüşlər baş tutub. Niderland həmçinin Azərbaycanın qeyri-hökumət təşkilatları, şirkətləri və vətəndaşları ilə əlaqələr qurulmasına diqqət yetirir".
 
Diplomatın sözlərinə görə, ötən il iki ölkənin ticarət dövriyyəsi  180 milyon  avro təşkil edib. Niderland  Türkiyə və Böyük Britaniyadan sonra qeyri- neft sektoru sahəsində Azərbaycanda ən böyük sərmayəçidir. 
 
Səfir bildirib ki, gələcəkdə də işgüzar əlaqələri daha da intensivləşdirmək məqsədilə müasir qida istehsalı şirkətlərinin təsis edildiyi Greeport Venloda(Niderland) biznes mərkəzinin qurulması üçün təşəbbüslər göstərilib: " Bu mərkəz hər iki ölkədən olan şirkətlər üçün kontakt mərkəzi xidməti kimi fəaliyyət göstərir.  Niderland dünyanın ikinci qida ixracı edən ölkəsi olduğundan Azərbaycanla bu istiqamətdə əlaqələri inkişaf etdirməkdə maraqlıdır.
Kənd təsərrüfatı sahəsində fərdi sahibkar və eləcə də Niderlandda kənd təsərrüfatı sahəsində aparıcı ekspertlərdən olan Joris Baeke ölkənin  aparıcı sektor siyasəti ilə bağlı Bakıda  təqdimat edib. Biznes şəbəkəsi tədbirləri kifayət qədər marağa səbəb olub və iki ölkə arasında kənd təsərrüfatı sektorunda əməkdaşlığı inkişaf etdirmək üçün stimul oldu".
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.