Xəbərlər

İlham Əliyev Bolqarıstan və Makedoniya prezidentləri ilə görüşüb
29 aprel, 2015 12:11
Ertv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Bolqarıstan Prezidenti Rosen Plevneliyevin III Qlobal Bakı Forumunda iştirakının önəmini vurğuladı.
 
Ölkələrimiz arasında güclü tərəfdaşlıq əlaqələrinin qurulduğunu qeyd edən Prezident İlham Əliyev Bolqarıstana səfərini və səfər zamanı strateji tərəfdaşlıq haqqında imzalanan sənədi məmnunluqla xatırladı.
 
Bolqarıstan Prezidenti Rosen Plevneliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi III Qlobal Bakı Forumuna böyük maraq göstərdiyini dedi. Rosen Plevneliyev Bolqarıstan ilə Azərbaycan arasında mövcud ikitərəfli əlaqələrin, əldə olunan razılaşma və anlaşmaların regional əməkdaşlığın genişləndirilməsi baxımından da rolunu xüsusi qeyd etdi.
 
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
Dövlət başçısı daha sonra ölkəmizə səfərə gələn Makedoniya Respublikasının Prezidenti George İvanov ilə görüşüb.
 
Dövlətimizin başçısı Makedoniya Respublikasının Prezidenti George İvanov ilə əvvəlki görüşlərini məmnunluqla xatırladı.
 
Ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev əməkdaşlığımızın iqtisadi sahədə də genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı.
 
Makedoniya Prezidenti George İvanov Azərbaycanın son illər əldə etdiyi böyük uğurlar münasibətilə dövlətimizin başçısını təbrik etdi və ölkəmizin inkişafı ilə bağlı xoş arzularını söylədi. George İvanov birinci Avropa Oyunlarının Bakıda keçirilməsini böyük tarixi hadisə kimi dəyərləndirdi.
 
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı, əməkdaşlığımızın enerji, sərmayə qoyuluşu, birgə layihələrin icrası, təhsil və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
 
 

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.