Ertv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, T.Əmiraslanov komandamızın bu yarışlardan 2 qızıl, 1 gümüş, 3 bürünc medal, 6 fəxri diplom qazandığını bildirib.
Vurğulanıb ki, komandamızın bu yarışlardakı qələbəsinə “Azərsun Holdinq” Şirkətlər Qrupunun istehsalı olan “Super sun” və “Zeytun” yağlarının müsbət təsiri olub.
Konfrans çərçivəsində gənc kulinarlarımızın iştirakı ilə Bosniyanın milli yeməyi sayılan “Bəy şorbası” (Boşnaq) hazırlanıb. Bosniyalıların Ginnesin rekordlar kitabına düşmək üçün hazırladıqları 14 min nəfərlik şorbanın ərsəyə gəlməsində 100 aşpaz iştirak edib. Şorba üçün 1 ton toyuq əti, 300 kq digər məhsullar istifadə edilib. Şorba 1 metr dərinliyi 5 metr diametri olan qazanda hazırlanıb.
Məlumat verilib ki, komandamız 8 ölkənin iştirak etdiyi Budva şəhərində keçirilən Beynəlxalq Kulinariya Çempionatında da uğurlu çıxış edib. Azərbaycan bu yarışmada münsiflər heyətində təmsil olunub.
Sonda jurnalistlərin sualları cavablandırılıb.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı