Xəbərlər

SOCAR-ın ekologiya idarəsi respublika müsabiqəsinin qalibi olub
29 aprel, 2015 11:58

Ertv.Az SOCAR-a istinadən xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının geniş tərkibdə keçirilən konfransında “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” devizi ilə respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb. SOCAR-ın ekologiya idarəsi müsabiqənin qalibi olub, idarəyə xüsusi diplom və mükafat təqdim edilib. İdarə bu mükafata əməyin və ətraf mühitin mühafizəsi üzrə həyata keçirdiyi tədbirlərə, qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun olaraq işçilər üçün sağlam və təhlükəsiz iş şəraitinin yaradıldığına görə layiq görülüb.

Bildirilib ki, idarədə əməyin mühafızəsi üzrə işlərin aparılması “Azərbaycan neft sənayesində əməyin mühafızəsinin vahid idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafızəsi və təhlükəsizliyi üzrə beynəlxalq idarəetmə sistemi” və İSO 14001 “Ekologiya İdarəetmə Sistemi”nin tələblərinə uyğun təşkil edilib. İdarədə ağır, zərərli və təhlükəli iş şəraitində çalışan işçilər təlim kurslarına cəlb olunur, dövri tibbi müayinələrdən keçirilir, iş yerləri lazımi dərman preparatları, pulsuz yemək, süd və ona bərabər tutulan qida məhsulları ilə təmin olunur, qanunvericiliklə nəzərdə tutulan digər imtiyazlar verilir. İşçilər mövcud normalara uyğun olaraq pulsuz xüsusi geyimlər və digər fərdi mühafizə vasitələri ilə vaxtında təmin edilir, qanunvericiliyə uyğun olaraq əməkdaşların istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığortası həyata keçirilir.

Ekologiya idarəsi gələcəkdə də təhlükəsiz əmək şəraitinin yaradılması və istehsalat mədəniyyətinin yüksəldilməsi üçün zəruri tədbirləri həyata keçirəcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.