Xəbərlər

Norveçdən Nepala yardıma gedən təyyarə Bakıda məcburi eniş edib
28 aprel, 2015 13:05

Bu barədə Ertv.Az Norveçin “The Local” saytına istinadən xəbər verir.

Məlumata görə, məcburi enişə səbəb Katmandu hava limanında eniş üçün boş yerin olmamasıdır.

“Biz Bakıda yanacaq doldurmaq üçün dayanmaq istəyirdik. Amma məlum oldu ki, uçuşa bu gün davam edə bilməyəcəyik. Katmandu hava limanı tamamilə doludur. Bu çox məyusedici haldır. Çünki hər ötən saatda dağıntılar altından sağ qalanları  xilasetmə ümidi daha da azalır”-, xilasetmə qrupunun nümayəndəsi Cim Olav Hansen Norveç qəzetinə bildirib.

Norsar adlı xilasetmə qrupu dünən səhər Oslonun Gardemoen hava limanından yola çıxıb və axşam Nepala eniş etməli imiş. Xilasetmə qrupu 6 xilasetmə itindən,  Oslo yanğın xidmətinin xilasetmə ekspertlərindən və Oslo Universitetinin Xəstəxanasından olan həkim və tibb bacılarından ibarət olub. Norveç qrupu Katmanduya eniş edə bilməyən yeganə beynəlxalq xilasetmə qrupu deyil. Məlumata görə, 15 beynəlxalq xilasetmə qrupu eniş etmək üçün növbə gözləyir.

Xatırladaq ki, Nepalda şənbə günü 7,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində indiyədək ölənlərin sayı 4000-i keçib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.