“Twitter”də Avropa Oyunları kampaniyası – Qaliblər mükafatlandırılacaq
28 aprel, 2015 14:07
ARGTMŞ-dan Ertv.Az-a verilən məlumata görə, “#creatweet” kampaniyası çərçivəsində ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və fəalları tərəfindən “Bakı 2015” 1-ci Avropa Oyunlarını dəstəkləyən #haştaqlar yaradılacaq və “tweet”lər paylaşılacaq.
Günün trendi olan, yüksək maraq doğuran “tweet”lər yazan iştirakçılar dəyərli hədiyyələrlə mükafatlandırılacaq.
Kampaniya çərçivəsində 1-ci yerin qalibi “Bakı 2015” 1-ci Avropa Oyunlarının açılış mərasiminə bilet və 600 AZN pul mükafatı, 2-ci yerin qalibi “Bakı 2015” 1-ci Avropa Oyunlarının açılış mərasiminə bilet və 400 AZN pul mükafatı, 3-cü yerin qalibi isə “Bakı 2015” 1-ci Avropa Oyunlarının hədiyyə paketi və 300 AZN pul mükafatı əldə edəcək.
Kampaniyada iştirak onlayn qeydiyyat vasitəsi ilə həyata keçirilir. Son qeydiyyat tarixi 8 may 2015-ci il tarixidir.
Kampaniya haqqında ətraflı məlumatı və qeydiyyat formasını www.creatweet.nayora.az ünvanından əldə etmək mümkündür.