Xəbərlər

Yazıçı Mir Cəlal Paşayevin anadan olmasından 107 il ötür
27 aprel, 2015 16:00

Ertv.Az xəbər verir ki, bu gün görkəmli alim Mir Cəlal Paşayevin anadan olmasından 107 il keçir.

Uşaqlıq illəri...

1908-ci ilin bu günündə Cənubi Azərbaycanın Ərdəbil şəhərində dünyaya gələn Mir Cəlal Paşayev kiçik yaşlarında valideynləri ilə birlikdə Gəncəyə köçüb.

1918-ci ildə atası vəfat etdikdən sonra bir müddət böyük qardaşının himayəsində yaşayıb, sonra isə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil alıb. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olan (1924-1928) Mir Cəlal burada tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri də seçilib (1926-1927).

Ədəbiyyata gəlişi və ədəbi yaradıcılığı...

Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal Paşayev elə həmin ildə də ilk tədqiqat əsərini yazıb. Onun “Bir gəncin manifesti” əsəri Azərbaycan ədəbiyyatında mühüm yer tutub. Bundan başqa, yazıçının “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, “Ədəbiyyatşünaslığın əsasları” adlı fundamental əsərləri də ədəbiyyatşünaslıq elminin qızıl nüsxələrindəndir.

Mir Cəlal Paşayevin ilk şeirləri olan “Dənizin cinayəti”, “Ananın vəsiyyəti”, “Müxbir” mətbuatda çap olunarkən onun hələ 20 yaşı var idi. Şeirlərlə yanaşı, hekayələr də qələmə alan yazıçı 1930-cu ildən etibarən “Şərq qadını”, “Gənc işçi”, “İnqilab və mədəniyyət”, “Ədəbiyyat qəzeti” kimi nüfuzlu nəşrlərdə öz yazılarını çap etdirib.

Yazıçı ədəbi yaradıcılığı dövründə 6 roman - “Bir gəncin manifesti”, “Dirilən adam”, “Yolumuz harayadır”, “Açıq kitab”, “Yaşıdlarım” və “Yeni şəhər” qələmə alıb.

Mir Cəlal Paşayev 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə isə “Azərbaycanda ədəbi məktəblər” əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcələrini alıb.

Pedaqoji fəaliyyəti...
Mir Cəlal Paşayev Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində (1930-1932), Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik də edib (1932-1935).

Ədibin klassik irsimiz və müasirlərimizə dair məqalələri, monoqrafik tədqiqatları, “Azərbaycanda ədəbi məktəblər” mövzusunda yazdığı doktorluq dissertasiyası, “Füzuli sənətkarlığı”, “Cəlil Məmmədquluzadə realizmi haqqında” və sairə bu kimi əsərləri onun ədəbi-nəzəri düşüncə ilə ardıcıl və sistemli şəkildə məşğul olmasını təsdiqləyən çox ciddi faktlardır.

Mükafatları...

Görkəmli yazıçı “Qafqazın müdafiəsinə görə”, “Əmək igidliyinə görə” (1944) medalları, “1941-45-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyinə görə” (1948), “Qırmızı əmək bayrağı” (1967), “Oktyabr inqilabı” (1978) və iki dəfə “Şərəf nişanı” (1950, 1958) ordenləri ilə təltif edilib.

Bundan başqa, iki dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı və “Qabaqcıl maarif xadimi” nişanı ilə təltif olunub.

Mir Cəlal Paşayev 1978-ci il sentyabrın 28-də 70 yaşında vəfat edib. Yazıçı ikinci Fəxri xiyabanda dəfn edilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.