Xəbərlər

İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyəti yaranır
27 aprel, 2015 15:56
Ertv.Az xəbər verir ki, İtaliyada yaşayan məşhur türk jurnalisti Dündar Keşaplı, azərbaycanlı ictimai fəal Rəşad Qurbanov iki ölkə arasında əlaqələri gücləndirmək üçün İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətini yaradıblar.
 
Cəmiyyətin 2015-ci il 6 may tarixində Bakıda təqdimat mərasimi keçiriləcək. Yeni təsis edilən cəmiyyətin media məsələləri üzrə koordinatoru Elnur Eltürk təyin olunub.
 
Xatırladaq ki, Dündar Keşaplı 25 ilə yaxındır İtaliyada yaşayır və media sahəsində fəaliyyət göstərir. Bu günə qədər dünyanın məşhur futbolçularından müsahibələr alıb.
 
Dündar Keşaplı yeni yaranan cəmiyyətlə bağlı bildirib ki, Azərbaycan və İtaliya arasında əlaqələri daha da yaxınlaşdırmaq və gücləndirmək məqsədi ilə belə bir cəmiyyətin yaranmasına böyük ehtiyac var:
 
“Biz də Rəşad Qurbanovla belə cəmiyyətin yaranmasına qərar verdik. Düşünürəm ki, qazandığımız təcrübə əlaqələrimizin güclənməsinə fayda verər. Xüsusilə, qarşılıqlı idman, mədəniyyət, film, moda və sair istiqamətlərdə fəaliyyətlər həyata keçiriləcək. Eyni zamanda, fəaliyyətimizlə fərqli mədəniyyətlərə qarşı çıxanlara mesaj vermək istəyirik ki, mədəniyyət böyük yaxınlaşmanı təmin edir”, - deyə cəmiyyət sədri qeyd edib.
 
Məlumat üçün bildirək ki, Dündar Keşaplı İtaliyada Ağdəniz Qəzetçilər Dərnəyinin rəhbəridir.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.