Bunu Mərkəzi Seçki Komissiyasında təşkil olunan brifinqdə Demokratiya İnstitutunun direktoru Yuliya Kuçinskaya bildirib.
O qeyd edib ki, institut bütün regionlarda, eləcə də Astana və Almatıda ümummilli exitpol keçirib. Exitpol nəticəsində səslərin belə bölüşdüyü müəyyənləşib: Nursultan Nazarbayev – 97,5 faiz, Abelqazi Kusainov – 0,63 faiz, Turqun Sızdıkov -1,87 faiz.
Beynəlxalq və yerli ekspertlərin fikrincə, bu seçkilərdə görünməmiş seçici fəallığı qeydə alınıb. Belə ki, ilkin məlumatlara görə, səsvermədə seçicilərin 95,11 faizi iştirak edib.
Seçkiləri 900-ə yaxın xarici və 30 min yerli müşahidəçi izləyib. Səsvermə prosesini işıqlandırmaq üçün xarici ölkələrdən 150-dən çox media nümayəndəsi qeydiyyatdan keçib. Müşahidəçilər qeyd edirlər ki, Qazaxıstanda seçkilər demokratik və beynəlxalq standartlara uyğun keçib.