Xəbərlər

Bakıda 2,322 milyon dollara mənzil satışa çıxarılıb
27 aprel, 2015 15:51
Bu barədə “MBA Ltd.” konsaltinq şirkətinin monitorinq qrupunun araşdırmasında qeyd olunub.
 
Araşdırmaya görə, bazar portfelində ümumi təkliflərin sayı 1866 ədəd təşkil edib. Bu da fevral ayı ilə müqayisədə -7.14%, ötən ilin müvafiq ayı ilə müqayisədə isə -9.8% az olub. Təkrar yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsi 2000 $/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir, bu dəyərdə olan mənzillər ümumi portfelin 72.2%-ni təşkil edir və qeydə alınan orta bazar qiyməti 1541 $/kv.m-dir.
 
Ümumi təklif portfelinin 20.0%-ni 2000-2500 $/kv.m qiymət diapazonu arasında yerləşən mənzillərin payına düşür. Bu qiymət diapazonunda qeydə alınan orta bazar qiyməti 2217 $/kv.m-dir. Bazardakı bahalı mənzillər, yəni hər kvadrat metrinin dəyəri 2500 $/kv.m-dən çox olan mənzillərin bazardakı payı isə 7.8% təşkil edir. Bahalı növ mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 3040 $/kv.m təşkil etmişdir.
 
Ümumilikdə, son mart ayındakı aparılan araşdırmalar göstərir ki, təkrar yaşayış mənzil bazarında təklif olunan bir, iki, üç və çoxotaqlı mənzillərin təklif qiymətlərində müvafiq olaraq 13.0%, 7.0%, 20.0% və 13.0% artım var.
 
“Bаzаrdа dövr еdən mənzillərin оtаq sаy göstəricilərində tədricən bаş vеrən yеrdəyişmə  dаvаm еdib, təklif olunan mənzillərin sayındakı dəyişikliklər bütün növ mənzillərin payına düşüb. Üç otaqlı mənzillərin təklif sayında yerdəyişmə müşahidə olunmasa da, bir, iki və çox otaqlı mənzillərin ümumi sayında azalma qeydə alınıb. Bunu da ümumi mənzil bazarında qeydə alınan təklif sayındakı azalma ilə əlaqələndirmək olar. Mart ayında “Leninqrad”, “Minsk” və “Stalinka” layihəli mənzillərin təklif portfelində olan payları artsa da, digər layihələrə məxsus mənzillərin sayı azalıb. Ən çox azalma “Xruşşov” və “Eksperimental” layihəli mənzillərdə müşahidə edilib”.
 
Araşdırmaya görə, təkrar yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil yeni tikili layihəli 5 otaqlıda qeydə alınıb. Cavanşir körpüsü yaxınlığında yerləşən 430 kv.m sahəyə malik olan, əla təmirli mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 5400 USD təşkil edib.
 
Ən ucuz mənzil isə Bakıxanov (Razin) qəsəbəsində yerləşən 70 kv.m-lik sahəyə malik “stalinka” layihəli, 3 otaqlı mənzildə qeydə alınıb, 660 USD/kv.m.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.