Xəbərlər

Almaniya Bundestaqında İlk Avropa Oyunlarının təqdimatı keçirilib
25 aprel, 2015 14:18

Ertv.Az-a Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun mətbuat xidmətindən daxil olan məlumata görə, bu il aprelin 22-də Almaniya Bundestaqında ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının təqdimatı baş tutub.

Bundestaqın İdman Komitəsinin təşəbbüsü əsasında ərsəyə gələn tədbirdə sözügedən komitəni təmsil edən millət vəkilləri, AFR hökumətinin və Almaniya Milli Olimpiya Komitəsinin nümayəndələri, Bundestaq Aparatının və deputat bürolarının əməkdaşları, habelə jurnalistlər iştirak ediblər.

Tədbirə əsas məruzəçi kimi Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov və Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev dəvət olunublar.

İclası açıq elan edən Bundestaqın İdman Komitəsinin sədri, deputat Daqmar Fraytaq Azərbaycan tərəfinə tədbirdə iştiraka razılıq verdiklərinə görə öz təşəkkürünü bildirmiş, tədbir iştirakçılarını maraqlı müzakirələr gözlədiyini qeyd edib.

İlkin olaraq söz alan Azərbaycan səfiri Pərviz Şahbazov Almaniya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti, iki ölkə arasında həyata keçirilən siyasi, iqtisadi, sosial və mədəni əməkdaşlıq və son zamanlar hər iki ölkə rəsmiləri tərəfindən həyata keçirilən qarşılıqlı yüksək səviyyəli səfərlər barədə tədbir iştirakçılarına məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin əvvəlində Almaniyaya həyata keçirdiyi iki işgüzar səfərindən söhbət açan ölkə səfiri bu səfərlərin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Daha sonra söz Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvü Fərhad Hacıyevə verilib və o Avropa Oyunlarını tədbir iştirakçılarına təqdim edib.

Avropa Oyunlarının Təşkilat Komitəsinin Sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərliyi altında aparılan hazırlıq işlərindən söhbət açan ekspert Oyunlara hazırlıq işlərinin artıq böyük hissəsinin yüksək səviyyədə başa çatdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Gənclər Fondunun direktoru bundan əlavə Avropa Oyunları zamanı tətbiq olunacaq asanlaşdırılmış viza qaydaları, oyunlarda iştirak etmək istəyən jurnalistlər üçün akkreditasiya şərtləri, oyunlarda iştirak edəcək ölkələr, idmançılar və onlar üçün yaradılmış şərait, idman qurğuları, cəlb edilmiş insan resurları, müasir infrastruktur layihələri, Oyunların ölkəmizə, Avropa və Dünya idmanına verdiyi tövhədən və s. barədə millət vəkillərini məlumatlandırıb.

Çıxışlardan sonra məruzəçilər Bundestaqın İdman Komitəsi üzvlərinin Avropa Oyunlarına hazırlıqla bağlı çoxsaylı suallarını cavablandırıblar.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.