Xəbərlər

Azərbaycanlı elm xadimi və müğənni "Qızıl alma" mükafatına layiq görülüblər
25 aprel, 2015 14:13

Ertv.Az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, doqquz nominasiya üzrə ikinci dəfə təqdim edilən mükafatın "sənət" kateqoriyası üzrə laureatları Azərbaycandan müğənni Azərin və Qazaxıstandan musiqiçi, bəstəkar, qopuz ifaçısı Arslanbek Sultanbekov olub. Onlar türk dünyasının mədəniyyətinə verdiyi töhfələrə görə bu mükafata layiq görülüblər.

Mükafatın elm kateqoriyası üzrə isə eyni vaxtda beş nəfər - Azərbaycandan Bakı Dövlət Universitetinin "Türk xalqları ədəbiyyatı" kafedrasının müdiri Ramiz Əsgər, Qazaxıstandan Temirxan Tebegenov, Qırğızıstandan Gülzara Cumakunova, Özbəkistandan Zöhrəddin İsaməddinov, Türkmənistandan Berdi Sarıyev görkəmli qırğız mütəfəkkiri Toktoqulun "Şeirə, nəğməyə çevrilən ömür" kitabını Azərbaycan, qazax, türk, özbək, türkmən dillərinə tərcümə etdikləri üçün layiq görülüblər.

Xatırladaq ki, “Qızıl alma” mükafatı 2013-cü ildə İstanbulda keçirilən II Dünya Türk Forumunda TASAM tərəfindən təsis edilib. Mükafat türk dünyasının iqtisadiyyat, mədəniyyət, incəsənət, elm, texnologiya, diplomatiya və digər sahələrinə töhfə verən şəxslərə təqdim edilir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.