Xəbərlər

ABŞ məhəlli müharibələrdə maraqlıdır
25 aprel, 2015 14:01
Ertv.Az xəbər verir ki, bu mövzuda geniş analitik material dərc edən Türkiyənin “Star” qəzeti məhəlli münaqişələrin ABŞ-ın öz maraqlarını daha rahat təmin etmək üçün lazım olduğunu yazıb.
 
Materialda qeyd olunur ki, müasir dünyada dövlətlər arasında mübarizədə yeni, amma artıq klassik vasitəyə çevrilən müharibə mütodları sınaqdan çıxarılmaqdadır.
 
Məsələn, NATO-nun Liviyaya müdaxiləsi çərçivəsində endirilən bomba zərbələri və ABŞ-ın rəhbərliyi ilə yaradılan koalisiya qüvvələrinin İŞİD-ə qarşı mübarizəsi.
 
Müəllifə görə, bu müharibələrin hansı nəsillər arasında getdiyini söyləmək çətin olsa da, həmin münaqişələrin bir sıra ümumi cəhətləri var:
 
“O müharibələrin hamısının içində hakimiyyəti ələ keçirməyə çalışan müxalifətçi qruplar var – onlar dövləti ələ keçirmək, yaxud da ölkə daxilində yalnız onlara tabe olan zonalar yaratmaq istəyirlər”.
 
Yazıda bildirilir ki, həmin münaqişələrin konkret mərhələsində ABŞ da bu prosesə qoşulur və gedişatı öz maraqlarına uyğun istiqamətə yönəltməyə cəhd göstərir.
 
Qeyd olunur ki, ABŞ uzun müddətdir düşmən münasibətdə olduğu İranla əlaqələri yaxşılaşdırmağa və bu ölkənin dünyaya inteqrasiyasına çalışdığı bir vaxtda alovlanan Yəmən böhranı Ağ Evin gerçək məqsədlərini də ortaya qoydu.
 
ABŞ eyni zamanda, Səudiyyə Ərəbistanı və İran körfəzi ölkələrini itirməməyin, o cümlədən, radikal qruplaşmalara qarşı mübarizə cəbhəsinin genişləndirilməsinin qayğısına qalaraq, Yəməndəki proseslərə nəzarəti əlinə aldı.
 
ABŞ Yəməndə elə bir vəziyyət yaradıb ki, həmin qarşıdurmadan nə Səudiyyə Ərəbistanının, nə də İranın nəinki mütləq qalib kimi çıxmaq, heç müəyyən fayda götürmək imkanı da yoxdur.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.