Xəbərlər

Kiçik pəhləvanlarımız Türkiyədən 12 medalla qayıtdı
24 aprel, 2015 11:13

Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən Ertv.Az-a verilən məlumata görə, yarışda Azərbaycanla yanaşı, Bolqarıstan, Qırğızıstan, İran, Makedoniya, Türkiyə və Konya şəhər yığma komandaları mübarizə aparıb.

Kiçik yaşlı yeniyetmələrin mübarizəsində ölkəmizi 9 güləşçi təmsil edib. Məşqçilər Elşad Abdullayev və Namiq Quliyevin rəhbərliyi altında pəhləvanlarımız həm sərbəst, həm də yunan-Roma güləşi növlərində qüvvələrini sınayaraq 6 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.

Sərbəst güləş yarışlarında güləşçilərimiz 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Tural Əsgərov (38 kq), Məmməd Əhmədov (46 kq), Turan Bayramov (50 kq) və Əbdülxalid Quluzadə (66 kq) qazandırıb. 54 kq çəkidə mübarizə aparan Rəşad Əzizov yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Məhəmmədəli Quliyev (42 kq), Vahid Əlizadə (58 kq) və Valeh Həmidov (66 kq) bürünc medala yiyələnib.

Yunan-Roma güləşi növündə də qüvvələrini sınayan güləşçilərimiz 2 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olub. 50 kq-da Turan Bayramov və 58 kq-da Vahid Əlizadə bütün rəqiblərindən üstün olub. Əbdülxalid Quluzadə (66 kq) gümüş, Valeh Həmidov (66 kq) isə bürünc medal qazanıb.

Hər iki növ üzrə komanda sıralamasında yığmamız üçüncü yerdə qərarlaşıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.