Xəbərlər

Argentinanın Quilmes Milli Universitetinin rektoru ATU-da olub
24 aprel, 2015 11:02
Ertv.Az xəbər verir ki, görüşdə Argentinadan gələn qonaqlara Azərbaycan Tibb Universiteti haqqında ətraflı məlumat verilib. 
 
Qeyd edilib ki, ATU ölkəmizdə tibb təhsili verən yeganə ali məktəbdir. Hazırda universitetdə 7000-dən çox tələbə və rezident təhsil alır.  
 
ATU-da həm də 1000-dən çox xarici ölkə vətəndaşları olan tələbələr təhsil alır.
 
Tibb Universitetinin professor-müəllim heyəti haqqında məlumatda qeyd edildi ki, hazırda bu ali təhsil ocağında 160-dan çox professor, 320 dosent, 800-ə yaxın elmlər namizədi və ümumilikdə 1300 nəfər akademik personal çalışır. 
 
Öz növbəsində qonaqlar da Quilmes Milli Universiteti haqqında ətraflı məlumatı görüş iştirakçılarının diqqətinə çatdırdılar. Görüş zamanı Quilmes Milli Universitetinin rektoru Mario Lozano son illər Argentina ilə Qafqaz regionu, xüsusilə Azərbaycan, Gürcüstan və Türkiyə ilə münasibətlərin dərinləşməsinin müşahidə olunduğunu bildirdi. Bu baxımdan, hər üç ölkə ali təhsil müəssisələri arasında da əməkdaşlığın genişlənməsinə ehtiyac olduğunu vurğuladı.
 
Görüşdən sonra Argentina nümayəndə heyəti ATU-nun tədris binaları, klinikaları ilə tanış oldular. Onlar Tibb Universitetində tələbə-rezidentlər, həmçinin əhalinin müayinə və müalicəsi üçün yaradılan şəraitdən, modern texnoloji avadanlıqla təchiz olunmuş klinikalardakı durumdan son dərəcə məmnun qaldıqlarını bildirdilər.
 
Tibb Universitetində olan görüşdə rektor Mario Lozano ilə birgə Argentinanın beynəlxalq məsələlər üzrə müşaviri Marselo Tobin, Argentinanın Azərbaycandakı səfirinin müavini Gabriel Jorquera, Argentinanın Azərbaycandakı təhsil  müəssisələri üzrə agenti Tutu Yunusova da iştirak edib.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.