Bakının bəzi qəsəbələrində təbii qaz kəsiləcək
24 aprel, 2015 10:56
Ertv.Az “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, qaz təchizatının yaxşılaşdırılması məqsədilə kəmərlər üzərində qaz tənzimləyici qurğuların quraşdırılması və yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 1000-dan 1800-dək Sabunçu rayonunun Nardaran qəsəbəsinə, Maştağa qəsəbəsinin bir hissəsinə, 2-ci sovxoz və Lahıc bağları adlanan yaşayış sahələrinə, həmçinin Xəzər rayonunun Pirallahı qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.