İlham Əliyev Türkiyədə Çanaqqala zəfərinin 100 illiyi mərasimində iştirak edir
24 aprel, 2015 18:21
Ertv.Az-ın Azərtac-a istinadən verdiyi xəbərə əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edir.
İştirakçı ölkələrin dövlət bayraqlarının dalğalandığı “Şəhidlər” abidəsi meydanında fəxri qarovul dəstəsi düzülüb.
Abidənin önünə əklillər qoyuldu.
Çanaqqala şəhidlərinin və Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Türkiyənin dövlət himni səsləndirildi.
Şəhidlərin ruhuna Qurani-Kərimdən ayələr oxundu, dualar edildi.
Mərasimdə 21 ölkənin dövlət başçısı, eləcə də 70-dən çox ölkədən yüksək vəzifəli şəxslər iştirak edirlər.