.Az-a ölkəmizin Polşadakı səfirliyindən verilən məlumata görə, gecədə Həmid İbadullayev (balaban/dəf), Monika Koşçelna (skripka/kamança), Leşek Vıpixin (gitara) ifasında Azərbaycan musiqisindən nümunələr səsləndirilib. Tədbir zamanı həmin fakültənin magi
23 aprel, 2015 12:30
Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakı şəhərində anadan olub.
Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib.
1992-ci, 1993-cü, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü idi. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olub.
Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
2005-ci il noyabrın 6-da 30 saylı Suraxanı birinci seçki dairəsindən deputat seçilib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü idi.
Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvü olub.
A. Məmmədxanov aprelin 23-də 2011-ci ildə ürəktutmasından vəfat edib.
Evli idi, 3 övladı qalıb.