Polşada Azərbaycan musiqi gecəsi keçirilib
23 aprel, 2015 12:28
Ertv.Az-a ölkəmizin Polşadakı səfirliyindən verilən məlumata görə, gecədə Həmid İbadullayev (balaban/dəf), Monika Koşçelna (skripka/kamança), Leşek Vıpixin (gitara) ifasında Azərbaycan musiqisindən nümunələr səsləndirilib.
Tədbir zamanı həmin fakültənin magistri Radoslav Andjeyevski tərəfindən Azərbaycana həsr edilmiş təqdimat keçirilib. Tədbirdə 100-dən çox polşalı dinləyici iştirak edib. Gecədə, həmçinin Azərbaycanın Polşadakı Səfirliyinin əməkdaşları iştirak edib.
Tədbirin açılışında səfirliyin ikinci katibi Xuraman İsmayılova çıxış edərək səfir Həsən Həsənovun adından qonaqları salamlayıb, Azərbaycan musiqisinə göstərilən diqqətə görə təşəkkürünü bildirib və iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.