Xəbərlər

Dəriyə hansı ərzaq məhsulları ziyan vurur?
23 aprel, 2015 12:24

Odur ki, təravətli və gözəl dəri üçün hansı ərzaqların faydalı və ziyanlı olmasını öyrənməkdə fayda var. 

Ertv.Az Züleyxa jurnalına istinadən dəriyə ziyanlı olan ərzaqlar haqqında yazını təqdim edir: 

Konfet: onun tərkibində olan şəkər və saxta dadlandırıcılar, rəngli maddələr dərini yumşaq və elastikliyini saxlamağa xidmət edən proteinləri – elastin və kollagen maddələrini parçalayır. Çay içərkən onu tərkibində qlükoza əvəzinə daha faydalı maddə- fruktoza olan xurma və bu kimi quru meyvələrlə əvəz etmək olar.

 

 

Çips- Çipslər dəri üçün həddindən artıq ziyanlıdır: belə ki dərinin vaxtından əvvəl yaşlanmasına, dəridə sızanaq və civzələrin yaranmasına səbəb olur. Bu qəlyanaltı yuxarıda adı çəkilən dərinin gözəlliyi üçün mühüm rol oynayan kollagen maddəsini də parçalayır və funksiyasını zəiflədir. Buna görə də bu qəlyanaltıları daha sağlam olan ərzaqlarla, meyvələrlə, quru meyvə və çərəzlə əvəz etməyə çalışın. 

 

Limonad və meyvə şirələri- Söhbət marketlərdə satılan qatqılı meyvə şirələrindən gedir. Həmin şirələrin əksəriyyəti heç də təbii deyil və tərkibindəki süni şirinləşdirici maddələr, dadlandırıcılar, soda mövcuddur ki, bu maddələr dəridə sızanaq və civzələrin yaranmasına səbəb olur.  Ona görə də evdə özünüz meyvələrdən hazırlanmış və şəkər əlavə edilməmiş təbii şirələr çəkməyə üstünlük verin.

 

Marqarin- Bu yağın tərkibində olan modifikasiya olunmuş  yağlar (buna trans piylər də deyilir) nəmlənmə prosesini ləngidərək dərini qurudur və qırışların əmələ gəlməsinə səbəb olur.  Yeməkləri hazırlayarkən bədənimiz üçün sağlam olan zeytun yağından istifadə etməyə çalışın. 

Duz- Bəzi insanlar həddindən çox duzlu yeməkləri sevir. Lakin, normadan artıq duz tərkibindəki sodium səbəbindən dəridə civzələrin əmələ gəlməsi ilə yanaşı, gözaltı qaralmalara səbəb olur. Bundan əlavə bədənimizdə gedən dehidrasiya prosesini  (bədənin su ilə təmin olunması)  ləngidir ki bu da dərini qurudur, nəmlənməsinə mane olur. 

Yeməklərinizdə maksimum qədər az miqdarda duz istifadə etməyə çalışın. Yeməklərdə duzdan minimum istifadə edərək digər faydalı ədviyyatlarla fərqli və ləzzətli etmək olar.

 

Süd-  Südün, xüsusilə də tam yağlı südün tərkibində olan hormonlar dəri hüceyrələrində məsamələrin tıxanmasına səbəb olur. Dərimizin üzəri sebum yağı adlanan maddə ilə örtülüdür. Bu yağın normadan artıq olması dəridə civzələrin yaranmasına səbəb olur. Həddindən çox süd içmək isə sebum yağını artırdığı üçün dəri üçün ziyanlıdır. Buna görə də daha çox azyağlı süddən istifadə etməyə çalışın. 

 

Kafein– Həddindən artıq kafeinin  (gündə 2-3 fincan və daha atıq kafein tərkibli içkilər və yeməklər) tərkibində olan kortizol maddəsi (həmçinin stres hormonu adlanır) dərinin yaşlanma prosesini sürətləndirir, dərini nazikləşdirir. Nazik dəri zəif və gücsüz olduğu üçün sızanaq və civzələrin daha sürətlə yaranmasına səbəb olur. 

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.