ABŞ-da polis zorakılığına qarşı etiraz aksiyaları keçirilir
23 aprel, 2015 12:20
Ertv.Az xəbər verir ki, 25 yaşlı gəncin öldürülməsi ilə bağlı etiraz aksiyaları iki gündür davam edir.
Yüzlərlə insan Qreyi anaraq şamlar yandırıblar, “Qaradərililərin həyatı önəmlidir”, “Ədalət, yoxsa sülh yoxdur” şüarlarını səsləndiriblər.
Daha sonra insanlar Qreyin göz altına alındığı Baltimor polis idarəsinə yürüş ediblər. Ancaq burada etirazçıların qarşısı kəsilib və onların polis bölməsinə yaxınlaşmasını icazə verilməyib.
Polis bölməsinin qarşısında uzun müddət şüarlar səsləndirən nümayiş iştirakçıları, şəhər mərkəzinə doğru hərəkət ediblər. Onlar şəhərin müxtəlif istiqamətlərində nəqliyyatın hərəkətinə maneə törədərək şüarlarını səsləndiriblər.
Polisin helikopterlərdən də izlədiyi nümayişdə, “asayişi pozma” səbəbiylə üç adam saxlanılıb.
Yerli və beynəlxalq media mənsublarının da müşahidə etdiyi aksiyada polislə nümayişçilər arasında gərginlik yaşanmasına baxmayaraq, polis güc istifadəsindən çəkinib.
Təxminən 10 kilometrlik yürüşdən sonra Baltimor bələdiyyə binası önünə çatan insanlar etirazlarını bildiriblər, polis burada da onların binaya yaxınlaşmasının qarşısını alıb.
Onlar Qreyi ölməsinə səbəb olan polis cəzalandırılmayana qədər etiraz aksiyalarını davam etdirəcəklərini bildiriblər.