Xəbərlər

SOCAR və "Petrovyetnam" arasında birgə müəssisənin yaradılması işləri başa çatır
23 aprel, 2015 12:18

Ertv.Az SOCAR-ın saytına istinadən məlumat verir ki, vyetnamlı qonaqlar əvvəlcə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə ilə görüşərək danışıqlar aparıb, sonra Şirkətin prezidenti Rövnəq Abdullayevin qəbulunda olublar. Qonaqları səmimi salamlayan R.Abdullayev Azərbaycanla Vyetnam arasında dostluq münasibətlərinin son illər daha da möhkəmləndiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən ilin mayında Vyetnam Sosialist Respublikasına dövlət səfərindən sonra yeni inkişaf mərhələsinə keçdiyini söyləyib.

SOCAR prezidenti iki ölkənin neft-qaz şirkətləri arasında əməkdaşlığın yeni mərhələdə Azərbaycan-Vyetnam iqtisadi münasibətlərinin inkişafında mühüm rol oynayacağına əmin olduğunu söyləyib.

“Petrovyetnam” şirkətinin prezidenti Khan 30 il əvvəl Bakıda təhsil aldığını, buna görə də səfərindən böyük məmnunluq duyduğunu ifadə edib. O, başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycan Dövlət Neft Akademiyasının bir neçə məzununun olduğunu söyləyib, Vyetnamın neft-qaz sənayesinin inkişafında Azərbaycan neftçilərinin mühüm rol oynadığını minnətdarlıq duyğusu ilə qeyd edib. Ötən müddətdə Bakının tanınmaz dərəcədə dəyişərək gözəlləşdiyini söyləyən qonaq Azərbaycanın sosial-iqtisadi inkişafı ilə həmişə yaxından maraqlandıqlarını və bu inkişafa sevindiklərini vurğulayıb.

O bildirib ki, Vyetnam Sosialist Respublikası Prezidentinin Azərbaycana səfəri ərəfəsində SOCAR ilə “Petrovyetnam” şirkətləri arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində aparılan danışıqlar daha da intensivləşib. Qeyd olunub ki, SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu ilə “Petrovyetnam” şirkəti arasında neft-qaz mühəndisliyi üzrə birgə müəssisənin yaradılması işləri başa çatmaq üzrədir. Bakı Ali Neft Məktəbi ilə Vyetnamın neft-qaz sənayesi üçün kadr hazırlığına dair əməkdaşlıq memorandumu imzalanıb. “Petrovyetnam”ın rəhbəri Azərbaycan və Vyetnamın perspektivli neft-qaz strukturlarının SOCAR ilə birlikdə işlənilməsində maraqlı olduqlarını söyləyib.

SOCAR prezidenti R.Abdullayev şirkətin həyata keçirdiyi qlobal və regional əhəmiyyətli neft-qaz layihələrindən danışıb, qarşıdakı illərdə bir sıra perspektivli strukturların işlənilməyə başlanılacağını qeyd edib. O, bu istiqamətdə əməkdaşlıq üçün böyük perspektivlərin olduğunu, zəruri təhlil və araşdırmaların aparılacağını söyləyib. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.