Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
22 aprel, 2015 18:31
Ertv.Az xəbər verir ki, buna yarımfinal mərhələsinin cavab oyunlarından sonra aydınlıq gəlib.
Günün ilk qarşılaşması Zaqatalada baş tutub. Burada yerli "Simurq" klubu "Qarabağ"ı qəbul edib. Səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gələn Ağdam klubu cavab qarşılaşmasında 0:0 hesabı ilə qolsuz bərabərə qalaraq finala yüksəlib.
Son qarşılaşmada "İnter" və "Neftçi" münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma Kaxaber Sxadadzenin komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Ancaq bu nəticə "İnter"in finala yüksəlməsi üçün yetərli olmayıb. İlk matçda rəqibinə 2:0 hesabı ilə qalib gələn "Neftçi" ikinci oyunda məğlubiyyətə baxmayaraq finala adlayıb.
Qeyd edək ki, Azərbaycan kubokunun finalı iyunun 3-ü keçiriləcək.