Ertv.Az "Park Cinema"nın PR meneceri Sinan Ağayeva istinadən xəbər verir ki, çoxlarının səbirsizliklə gözlədiyi bu film rəsmi relizindən bir gün və ABŞ-da nümayişindən bir həftə öncə - aprelin 22-də Bakıda nümayiş olunacaq.
ABŞ istehsalı olan bu filmi rejissor Coss Uidon fantaziya, savaş, macəra janrında çəkib. MARVEL-ın sevimli superqəhrəmanları olan Dəmir adam, Tor, Kapitan Amerika, Halk və digərləri Azercell IMAX kinoteatrında olan mükəmməl IMAX 3D formatında tamaşaçıların qarşısına çıxacaq. Filmdə rolları Robert Dauni, Kris Evans, Kris Hemsvort, Skarlet Yohansson, Mark Ruffalo və başqaları ifa edirlər.
Qeyd edək ki, "Disney" studiyası xeyli vaxtdır tamaşaçıların bu filmi maraqla gözlədiklərini və biletlərin əvvəlcədən satıldığını görərək, Azərbaycana bu eksklüziv fürsəti yaradıb. "Marvel Studios" kino aləminin ikinci dövrünü (“Tor 2”, “Birinci qisasçı: başqa müharibə”, “Dəmir adam-3”, “Qalaktika mühafizəçiləri”) tamamlayan “Qisasçılar: Altron dövrü”nün sələfindən daha geniş əhatəli, tutqun və təmkinli olacağı gözlənilir.
Cari ilin ən əsas filmlərdən biri hesab olunan bu ekran əsəri 22 aprel tarixindən "Park Cinema" şəbəkəsinin bütün kinoteatrlarında 3D və IMAX 3D formatlarında nümayiş etdiriləcək.