Alman bioloq ATU-da keçirilən elmi konfransa qatılıb
22 aprel, 2015 18:20
Ertv.Az xəbər verir ki, Almaniyadakı Azərbaycanlı Həkimlər Cəmiyyəti (VANT) tərəfindən təşkil olunan elmi konfransda qonaq qismində Almaniyadan olan elmi tədqiqatçı, bioloq Tasilov Ford iştirak edib.
O, ATU-nun keçən ilki məzunları Uğur Ağamalıyev və Valeh Rüstəmovla birgə Almaniyada mədəaltı vəzi xərçənginə aid elmi-tədqiqat işi üzərində çalışır.
Uğur Ağamalıyevin sözlərinə görə, ATU məzunlarının Almaniyada 6 tədqiqatçıdan ibarət Elmi-tədqiqat qrupu var. Onlardan bir nəfəri kimyaçı, digərləri isə həkimlərdir:
"Elmi-tədqiqat işimizin əsas maliyyə dəstəyi dövlət tərəfindəndir. Bu işin təşkilatçısı isə Almaniyadakı Azərbaycanlı Həkimlər Cəmiyyətidir. Hazırda 6 elmi tədqiqatçımız var. Bu il daha 3 elmi tədqiqatçının bizə qoşulacağı gözlənilir. Gələcəkdə bu işi daha da böyütməyi düşünürük. İstər Azərbaycan Tibb Universitetindən olsun, istərsə də digər xəstəxanalardan belə bir elmi korporasiya yaratmaq planımız var".
U.Ağamalıyev elmi-tədqiqatlarının əsasən xərçəng xəstəliyi istiqamətində aparıldığını bildirib.