Məhəmməd Mursinin məhkəməsi yekunlaşdı – 20 il həbsdə yatacaq
21 aprel, 2015 18:04
3 iyul 2013-cü ildə Misirdə inqilab nəticəsində devrilən Məhəmməd Mursi haqqında “İttihadiyyə hadisələri” adı ilə aparılan məhkəmə işi yekunlaşıb.
2 ilə yaxındır həbsdə saxlanılan devrilmiş prezident haqqında məhkəmə 20 illik həbs qərarı verib.
Xatırladaq ki, Misirdə 2011-ci ildə 30 il ölkəni idarə etmiş Hüsnü Mübarəkin inqilab nəticəsində devrilməsindən sonra seçkilər keçirilib.
Hakimiyyətə səsvermə yolu ilə ilə Məhəmməd Mursi gəlmişdi. Lakin, Misir xalqı sonra yenidən inqilab edərək Mursini də devirmişdilər.
Hazırda Misir prezidenti Əbdülfəttah əl-Sisidir.