Xəbərlər

İlham Əliyevin tapşırığı ilə “WİZZ Air” aviaşirkətinin Azərbaycanda fəaliyyəti bərpa olunur
22 aprel, 2015 18:01
Azərbaycanın Macarıstandakı səfirliyindən  bildirilib ki, səfərin ilk günü Macarıstanın Xarici İşlər və xarici ticarət nazirliyində ölkənin xarici işlər və ticarət naziri, Macarıstan tərəfdən birgə komissiyanın həmsədri Piter Siyyarto ilə azərbaycanlı həmkarının görüşü olub.
 
Görüşdə ötən ilin noyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfərindən sonra qarşılıqlı iqtisadi əlaqələr sahəsində həyata keçirilən layihələr və yeni əməkdaşlıq planları barəsində ətraflı fikir mübadiləsi aparılıb.
 
Ş.Mustafayev Azərbaycan Prezidentinin göstərişi ilə Bakı ilə Budapeşt arasında birbaşa uçuşlar həyata keçirən WİZZ Air aviaşirkətinin fəaliyyətinin yaxın günlərdə bərpa ediləcəyini bildirib.
 
P.Siyyarto Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, ölkəmizin regionda Avropa İttifaqının etibarlı tərəfdaşına çevrilməsinin Macarıstanda böyük məmnunluqla qarşılandığını xüsusi qeyd edib. O yalnız birgə komissiyanın həmsədri kimi deyil, xarici işlər naziri kimi də ölkəsi adından bu prosesi daim dəstəklədiyini və dəstəkləyəcəyini bildirib.
 
Macarıstan Milli İqtisadiyyat nazirliyində nazir Mihal Varqa ilə keçirilən görüş zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb. Bu gün isə Macarıstan paytaxtında iki ölkə rəsmilərinin iştirakı ilə birgə iqtisadi komissiyanın iclası, habelə biznes dairələrinin görüşü keçiriləcək.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.