Xəbərlər

Sənaye məhəllələri: qeyri-neft sektorunun inkişafına əlavə dəstək – Təhlil
22 aprel, 2015 17:58
Regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması əsas prioritetlərdəndir.
 
Artıq ənənəvi sənaye sahələrinin inkişafı ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının, texnoparkların, aqroparkların yaradılması istiqamətində işlər aparılır.
 
Rəqabətədavamlı sənaye məhsulları istehsalını daha da artırmaq məqsədi ilə hazırda sənaye sahələrinin inkişaf etdirilməsində bir başqa istiqamət də sənaye məhəllələrinin yaradılmasıdır.
 
Öncə onu qeyd edək ki, sənaye məhəlləsi – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir.
 
Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında fərman Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2014-cü il oktyabrın 8-də imzalanıb.
 
Həmin fərmana görə, sənaye məhəllələrinin yaradılması və fəaliyyəti ilə bağlı müvafiq ərazilərin yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun qurulması və sənaye məhəllələrində sahibkarlıq fəaliyyətinin səmərəli təşkili ilə bağlı müvafiq tədbirləri İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir.
 
Həmçinin sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilir.
 
Sənaye məhəlləsinin yaradılmasının əsas məqsədi sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi və əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasıdır.
 
“Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”yə görə, sənaye məhəlləsinin yaradılması və fəaliyyətinin təşkili dövlət büdcəsinin vəsaiti, idarəedici təşkilatın əldə etdiyi gəlirlər və qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
 
Əsasnamədə o da nəzərdə tutulub ki, sənaye məhəlləsində fəaliyyət göstərmək üçün hüquqi şəxslər və fərdi sahibkarlar müəyyən edilmiş qaydada qeydiyyatdan keçərək sənaye məhəlləsinin qeydiyyat şəhadətnaməsini almalıdırlar.
 
Əsasnamə layihəsində göstərilir ki, sənaye məhəlləsi ilə bağlı bir sıra stimullaşdırıcı tədbirlər müəyyən edilə bilər. Belə ki, torpaq sahəsinin və tikililərin icarə haqqının aşağı həddə müəyyən edilməsi, güzəştli kreditlərin verilməsi,  inzibati prosedurların sadələşdirilməsi, sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili nəzərdə tutulan ilkin stimullaşdırıcı tədbirlərdir.
 
Göründüyü kimi, sənaye məhəllələrinin yaradılması üçün dövlət çox böyük dəstək göstərir. Güclü dövlət dəstəyi isə, Azərbaycan iqtisadiyyatında yeni model olan sənaye məhəllələrinin qısa müddətdə uğurlu olacağını deməyə əsas verir.
 
Artıq bu modelin yaradılması üçün ilk ərazi də müəyyənləşib. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci il fevralın 2-də “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncam imzalayıb.
 
Sərəncama əsasən, Nazirlər Kabineti  Neftçala Sənaye Məhəlləsinin fəaliyyəti üçün 10 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
 
Eyni zamanda, İqtisadiyyat və Sənaye Nazirliyi Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini, torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun təkmilləşdirilməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görməlidir.
 
Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili və tənzimlənməsinin həyata keçirilməsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə tapşırılıb. Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri, habelə xidmət müəssisələri yaradılması nəzərdə tutulur.
 
2015-ci ilin sonuna kimi sənaye məhəlləsində birinci mərhələnin tamamlanması və ilk müəssisənin sahibkarlara icarəyə verilməsi planlaşdırılır.
 
Mütəxəssislər Neftçala Sənaye Məhəlləsinin kiçik və orta sahibkarlığın inkişafına böyük töhfə verəcəyinə əmindirlər.
 
Azərbaycan Prezidenti İlham Əliyev  aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da qeyd edib ki, Neftçalada yaradılan sənaye zonasını yerli sahibkarlar çox böyük həvəslə, böyük maraqla qarşılayırlar.
 
“Hətta görürük ki, o sənaye zonasında fəaliyyət göstərən sahibkarların sayı nəzərdə tutduğumuzdan daha da çoxdur. Bu, çox sevindirici haldır, bu, birinci pilot layihəsidir. Hesab edirəm ki, biz indi başqa rayonlarda da buna oxşar zonalar yaratmalıyıq. Bu barədə mən bir neçə ay bundan öncə öz fikirlərimi bildirmişdim ki, hər bir rayonda xüsusi yer olmalıdır. Orada infrastruktur, nəqliyyat yolları - bütün lazımi təminat olmalıdır ki, sənaye potensialımız bir yerdə inkişaf etsin”, - İlham Əliyev çıxışında vurğulayıb.
 
Göründüyü kimi, sahibkarların da böyük marağına səbəb olan, bütün infrastrukturu dövlət tərəfindən qurulan bu məhəllə gələcəkdə digər regionlarda da belə məhəllələrin yaradılmasına təkan verəcək.
 
Regionlarda yaradılan sənaye məhəllələri sahibkarlıq fəaliyyətinin genişləndirlməsində və yerli ehtiyatlardan səmərəli istifadə edilməsində xüsusi rol oynayacaq. Bu məhəllələrin yaradılması sənayenin inkişafında, yeni iş yerlərinin yaradılmasında, regionun daha da inkişafında böyük paya malik olacaq.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.