Xəbərlər

Gənc kinorejissor, operator və montajçılar üçün təlimlər keçirilir
20 aprel, 2015 13:59

 

Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən Ertv.Az-a verilən məlumata görə, təlimlər Gənclər evlərində yaradılmış video studiyaların fəaliyyətini inkişaf etdirmək, bu studiyalarda fəaliyyət göstərən yaradıcı gənclərin sayını artırmaq, bu studiyalardan gənclərin istifadə edə bilməsi üçün şərait yaratmaq, eyni zamanda gənclərin yaradıcılıq fəaliyyətini stimullaşdırmaq məqsədilə həyata keçirilir.
 
Nazirlikdən bildirilib ki, təlimlərdə Sumqayıt və Mingəçevir şəhərlərinin, Daşkəsən rayonlarının, eləcə də Bakının Suraxanı, Sabunçu, Binəqədi, Xəzər, Qaradağ rayonlarının gəncləri iştirak edir:
 
“Təlim çərçivəsində iştirakçılar kino rejissorluğuna, kino dramaturgiyasının əsas elementlərinə, ssenarilərin yazılması prinsiplərinə dair biliklər əldə edəcək, kamera ilə işləmək bacarıqlarına yiyələnəcək, müxtəlif video materialın montajını etmək, istənilən xüsusi effekt, səs və digər manipulyasiya əməliyyatlarını həyata keçirməyi öyrənəcəklər. Bundan əlavə 3 gün davam edəcək təlim zamanı açıq məkanda və studiyada da çəkilişlərin tədrisi planlaşdırılır. Təlimlər qeyd olunan sahələrin mütəxəssisləri tərəfindən aparılır”, - deyə məlumat verilib.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.