Xəbərlər

“Vətəndaşların müraciətləri haqqında” qanun layihəsi ikinci oxunuşda parlamentin plenar iclasına tövsiyə edilib
20 aprel, 2015 13:56

 

MM-in İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovaadıçəkilən sənədin reallıqdan doğduğunu və gerçəkliyi əks etdirdiyini bildirərək, qanun layihəsinin mart ayının 6-da parlamentin plenar iclasının birinci oxunuşundan keçdiyini və ötən müddət ərzində müvafiq İşçi Qrupu tərəfindən ona  20-yə yaxın dəyişiklik və əlavələr edildiyini dilə gətirib.

“Hər birimizin də arzu, istəyi məmur-vətəndaş münasibətlərinin sivil qaydada tənzimlənməsidir”.

Komitə sədri qeyd edib ki, vətəndaşların müraciətlərinə vaxtında baxılması və nəzərə alınması məsələsi Azərbaycann dövlətinin, ölkə Prezidenti cənab İlham Əliyevin də nəzarətində, diqqətində olan bir məsələdir. 

“Dövlət başcısı özü dəfələrlə məmurlara səslənib, tapşırıq və tövsiyələrini verib ki, vətəndaşların müraciətlərinə vaxtında baxsınlar, onların maraq və mənafelərini öndə tutsunlar, Bakıda deyil, yerlərdə insanları qəbul etsinlər, dinləsinlər və tədbirlər görsünlər”.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də vətəndaşlarının müraciətlərinin onların konstitusion hüququ olduğunu deyərək, belə bir qanunun qəbuluna ciddi ehtiyac duyulduğunu bildirib:

“Vətəndaşların müraciətləri, onlara baxılması indiyə kimi olub və bundan sonra da olacaq. Eyni zamanda əlamətdar haldır ki, bu istqiqamətdə son illər uğurlu addımlar atılmaqdadır. Vətəndaşların elektron  müraciət formasından istifadə etməsi, “ASAN” Xidmət-in yaranmasıbuna əyani sübutdur”.

Ombudsman Elmira Süleymanova öz növbəsində  vətəndaşların müraciətləri ilə bağlı yeni qanunvericiliyin ortaya qoyulmasını müsbət dəyərləndirib:

“Vətəndaşlatın qəbulu, onların müraciətlərinə baxılması məsələsi bizim işimizin başlıca istiqamətidir. Odur ki, bu yöndə yeni qanun layihəsinin hazırlanmasını və müzakirələrə çıxarılmasını çox yüksək dəyərləndiririk. Doğrudan da, belə bir qanuna ciddi ehtiyac var”.

Paramentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin  üzvü Rafael Cəbrayılov isə daha çox qanun layihəsi ilə bağlı irad və təkliflərini səsləndirib.

R.Cəbrayılov ilk öncə qanun layihəsinin adına etiraz edib və onu qüsurlu adlandırıb.

“Hesab edirəm ki, qanun layihəsin adı qüsurludur. Ola bilər ki, bu məsələ Konstitusiyanın 57-ci maddəsindən qaynaqlanır, amma hesab edirəm ki, elə həmin müddəanın özü də kifayət qədər qüsurludur və əgər  gələcəkdə referendum yolu ilə Konstitusiyaya növbəti  dəyişikliklər olarsa, həmin müddəa da mütləq dəyişdirilməlidir. Bu baxımdan hesab edirəm ki, qanun layhəsin adı dəyişdirilməli və sadəcə, “Müraciətlərə baxılması haqqında” adlandırılmalıdır” - deyə, R.Cəbrayılov vurğulayıb.

Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasının ikinci oxunuşuna tövsiyə olunub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.