Xəbərlər

ABŞ-da daha bir zənci polis zorakılığının qurbanı olub
20 aprel, 2015 13:53

 

ABŞ-ın Merilend ştatının mərkəzi şəhəri olan Baltimorda bir həftə əvvəl həbs olunan zənci Freddi Qrey saxlanılan zaman aldığı xəsarətlərdən ölüb.
 
F.Qreyin ölüm xəbərinin yayılmasından sonra şəhərdə baş qaldıran etirazları səngitməyə çalışan yerli hakimiyyət orqanları faktla bağlı ciddi təhqiqat aparılacağını vəd ediblər.
 
Təcridxanada dünyasını dəyişən 25 yaşlı F.Qrey aprelin 12-də onu tutmağa çalışan dörd velosipedli polisdən qaçmağa çalışsa da, sonda yaxalanıb. Polislər onu tutaraq yerə yıxıblar və uzun müddət üzü üstə saxlayıblar.
 
Daha sonra polis bölməsinə gətirilən F.Qrey tibbi müayinədən keçirilib və onurğa sütununun qırıldığını müəyyənləşdirən həkimlər onu xəstəxanaya yerləşdiriblər.
 
Həkimlərin səylərinə baxmayaraq, komaya düşən F.Qrey kliniki ölüm keçirib və daha sonra dünyasnı dəyişib.
 
F.Qreyin ailəsinin vəkili bildirib ki, polislərin zərbələri nəticəsində onun boyun fəqərələri də sındırılıb.
 
Onun sözlərinə gərə, F.Qrey hər hansı bir cinayət törətməyib: “Adamın qaçması onun həbs edilməsi üçün əsas ola bilməz”.
 
Vəkil əlavə edib ki, polisin bu işi obyektiv araşdıracağına inanmır.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.